“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336; 2015, № 5, maddə 497) 15-ci maddəsinin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə polis əməkdaşının daxil olması qaydası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Polis əməkdaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan şəxsin iradəsi ziddinə onun yaşayış yerinə və ya olduğu yerə daxil ola bilməz.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
28 January 2016, 09:016 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...