“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1072; 2010, № 3, maddə 168; 2012, № 11, maddə 1057; 2013, № 11, maddə 1313) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci hissəsində, 5-ci maddənin adında və ikinci hissəsində, 7-ci maddənin ikinci və üçüncü hissələrində, 13-cü maddənin birinci hissəsinin ikinci cümləsində, 25-ci maddənin altıncı hissəsində və 27-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddənin birinci hissəsinin birinci cümləsində, 14-cü maddənin birinci hissəsində və 20-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddənin birinci hissəsində, 20-ci maddənin birinci və üçüncü hissələrində, 21-ci maddənin birinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

23 November 2015, 09:11

http://www.azertag.net

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...