2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 noyabr 2015-ci il tarixli 186 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nuriyev Daşqın Ağarza oğlu, Hüseynov Murad Əli oğlu, Əliyev Bəybala Əşrəf oğlu, Gözəlov Ağahüseyn Səfər oğlu və Şahaliyeva Mətanət Qurban qızı 17 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 2015-ci il tarixli 26/85 saylı qərarını mübahisələndirərək, müvafiq qərarın ləğv edilməsini, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlərlə müraciətdə göstərdikləri mobil telefon nömrəsi ilə əlaqə saxlanılmasına cəhd göstərilsə də həmin nömrəyə zəng çatmadığından əlaqə yaratmaq mümkün olmamışdır.
Namizədlər müraciətdə iddia etmişlər ki, seçki dairəsinin əhatə etdiyi 1, 2, 3, 4, 6, 8, 9, 10, 11, 12, 13, 15, 16, 17, 18, 21, 22, 24, 28, 29, 30 və 31 saylı seçki məntəqələrində səsvermə günü seçki qanunvericiliyinin pozulması halları müşahidə edilmiş, o cümlədən seçki qutularına topa seçki bülleteni atılması, seçiciyə birdən artıq seçki bülletenlərinin verilməsi, seçki bülletenlərinin işarələnməsi, səsvermədə karusel üsulundan istifadə edilməsi, səslər sayılarkən istifadə edilməmiş seçki bülletenlərinin sayılmaması, səsvermənin nəticələrinin elan olunmaması, protokolların seçki məntəqələrində tərtib edilməməsi və surətinin müşahidəçilərə verilməməsi hallarının olması göstərilmişdir.
Göstərilən pozuntular barədə aktlar əlavə edilməklə dairə seçki komissiyasına yazılı müraciət edərək nəticələrin etibarsız hesab olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etdiklərini, ancaq dairə seçki komissiyası tərəfindən araşdırmada iştiraklarının təmin olunmadığı, seçki məntəqələrində olan müşahidəçilərdən və məntəqə seçki komissiyası üzvlərindən alınmış izahatlara əsasən əsassız olaraq müraciətlərinin təmin edilməməsi barədə hazırda mübahisələndirdikləri 9 noyabr 2015-ci il tarixli 26/85 saylı qərarın qəbul olunduğunu bildirmişlər.
Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, şikayətçilər tərəfindən təqdim edilmiş şikayətə özündə fotoşəkillər və videogörüntülər ehtiva etdiyi iddia edilən bir ədəd CD disk əlavə edilmiş, bundan əlavə hər hansı bir sənəd əlavə edilmədiyindən və araşdırma prosesində iştiraklarının təmin edilməsi mümkün olmadığından göstərilən hallarla bağlı araşdırma dairə seçki komissiyasına təqdim edilmiş aktlar və komissiya tərəfindən müvafiq seçki subyektlərindən alınmış izahatlar üzrə aparılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, şikayətə əlavə edilmiş bir ədəd CD diskdə hər hansı bir fotoşəkil aşkar edilməmiş, bir epizoddan ibarət videogörüntü isə müşahidə aparılması prinsipinin pozulması ilə əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinə əsasən, müşahidə açıq aparılmalıdır və həmin Məcəllənin 42.2.8-ci maddəsinə əsasən, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır. Müraciətdə göstərilən halda isə şikayətçilər müşahidəçilərin seçki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə riayət etməmələrini nəzərə almamışlar.
Dairə seçki komissiyasına edilmiş müraciətlə bağlı məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən və mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən, o cümlədən Göytəpə şəhərində yerləşən 1 saylı məntəqə seçki komissiyasının Ümid Partiyasını təmsil edən komissiya üzvü Q.Mahmudov, 2 saylı seçki məntəqəsində müşahidə aparmış Q.Mürsəlov, həmin məntəqənin seçicisi V.Hüseynov, 3 saylı seçki məntəqəsində müşahidə aparmış M.Ağayev, M.İbrahimov, 4 saylı seçki məntəqəsində müşahidə aparmış H.Əliyev, həmin məntəqənin seçiciləri M.Adiyev, S.Məmmədov, 6 saylı Privolnoye kənd seçki məntəqəsində müşahidə aparmış Z.Babayev, H.Həsənov, 8 saylı Ağdaş seçki məntəqəsində müşahidə aparmış F.Rufullayev, N.Quliyev, 10 saylı Çünzəli kənd seçki məntəqəsində müşahidə aparmış İ.Əsədullayev, D.Əliyev, 11 saylı Vənlik kənd seçki məntəqəsində müşahidə aparmış M.Nəzərov, 12 saylı Komanlı kənd seçki məntəqəsində müşahidə aparmış Ə.Zeynalov, 15 saylı Kazımabad kənd seçki məntəqəsində müşahidə aparmış M.Əliyev, A.Babayev, B.Kərimov, 17 saylı Köhnə Alvadı kənd seçki məntəqəsində müşahidə aparmış E.Süleymanov, 18 saylı Təzə Alvadı kənd seçki məntəqəsində müşahidə aparmış N.Heydərli, M.Şərifov, F.Səfərov, 29 saylı Əliabad kənd seçki məntəqəsində müşahidə aparmış X.Əsgərov, S.Əliyev, H.Əliyev, 30 saylı Xırmandalı kənd seçki məntəqəsində müşahidə aparmış D.Həsənov, R.Paşayev, G.Abdullayev, 31 saylı Xırmandalı kənd seçki məntəqəsində müşahidə aparmış Z.Hacıyev, A.Teymurov, T.Rzayev izahatlarında səsvermə günü bütün gün ərzində müşahidə apardıqlarını, səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyən edilərək protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyini, qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, seçicilərə birdən artıq seçki bülleteninin verilməməsini göstərmişlər. Onlar eyni zamanda izahatlarında qeyd etmişlər ki, həmin seçki məntəqələrində guya pozuntu olması barədə akt tərtib edərək dairə seçki komissiyasına verilmiş şikayətə əlavə edilmiş aktları imzalamış şikayətçilərin maraqlarını təmsil edən müşahidəçilərin çoxu göstərilən seçki məntəqələrində olmamış, həmin aktlar seçki məntəqələrində tərtib edilməmişdir. Göstərilən seçki məntəqələri məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvləri də verdikləri izahatlarında müraciətdə göstərilənləri təkzib etmişlər.
Araşdırma prosesində dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində 9 saylı Soyuqbulaq kənd seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun dairə seçki komissiyası tərəfindən təkrar tərtib edilməsi və namizədlərə aid etibarlı səslərdə dəyişiklik edilməsi müəyyən edilmişdir. Bu hal Seçki Məcəlləsinin tələblərinə zidd olduğundan və seçicilərin iradələrini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, yuxarıda göstərilən hal istisna olmaqla dairə seçki komissiyası tərəfindən deputatlığa namizədlərin müraciəti ilə bağlı ətraflı araşdırma aparılmışdır. Qanun pozuntuları olmasının iddia edildiyi seçki məntəqələri üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən verilmiş izahatlarla şikayətçilərin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi öz əksini tapmışdır.
Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, müraciətin qalan hissədə təmin edilməməsi, dairə seçki komissiyasının mübahisələndirilən qərarının qismən, 9 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması üçün hüquqi əsaslar mövcuddur.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nuriyev Daşqın Ağarza oğlu, Hüseynov Murad Əli oğlu, Əliyev Bəybala Əşrəf oğlu, Gözəlov Ağahüseyn Səfər oğlu və Şahaliyeva Mətanət Qurban qızının 17 noyabr 2015-ci il tarixli 186 saylı müraciəti qismən təmin edilsin, seçki dairəsinin 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, müraciət qalan hissədə əsassız olduğundan təmin edilməsin.
2. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 2015-ci il tarixli 26/85 saylı qərarı qismən, 9 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19 November 2015, 09:113 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...