2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 2015-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
İstinad edilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adıçəkilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:
1. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birlikdə “exit-poll” keçirmək üçün qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21 October 2015, 09:1010 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...