2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış Elmira Hüseyn qızı Axundovanın səlahiyyətli nümayəndəsi Xanbalayev Orxan Zahid oğlu 2015-ci il oktyabrın 1-də, həmin seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Məhərrəmov Elnur Qərib oğlu, qeydə alınmış namizədlər Əhədov Cümşüd Novruz oğlu və Məmmədov Aliq Nağı oğlu 2015-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkiqabağı təşviqatın başlanmasına xeyli vaxt qalmasına baxmayaraq, həmin dairə üzrə deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş Qənbərov Gülağa Məmi oğlunun vaxtından əvvəl seçkiqabağı təşviqat apardığını iddia edərək, onun bir sıra seçicilərlə görüşdüyünü, onlara müxtəlif məbləğlərdə pul təklif etdiyini, bununla da seçicilərə təsir etmək məqsədi güddüyünü bildirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən araşdırmaya qəbul edilmiş, bir icraatda birləşdirilərək bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınmış Elmira Hüseyn qızı Axundovanın səlahiyyətli nümayəndəsi Xanbalayev Orxan Zahid oğlu, həmin dairədən namizədliyi özü tərəfindən irəli sürülmüş Məhərrəmov Elnur Qərib oğlu, qeydə alınmış namizədlər Əhədov Cümşüd Novruz oğlu və Məmmədov Aliq Nağı oğlu tərəfindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 oktyabr 2015-ci il tarixli 22 saylı və 2 oktyabr 2015-ci il tarixli 23 saylı müraciətlər aidiyyəti üzrə baxılması üçün 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 October 2015, 09:10

http://www.azertag.net

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...