2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 14 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ağa-zadə İqbal Fehruz oğlu 26 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İsayev Anar Rafiq oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
İ.F.Ağa-zadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə A.R.İsayevin namizədliyi Ümid Partiyası tərəfindən 81 saylı Beyləqan seçki dairəsi üzrə irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş A.R.İsayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 27 sentyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, A.R.İsayevin namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, toplanılmış seçici imzalarından 483-ü etibarlı hesab edildiyindən o, namizəd kimi qeydə alına bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının A.R.İsayevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 24 sentyabr 2015-ci il tarixli 12/29 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ağa-zadə İqbal Fehruz oğlunun 26 sentyabr 2015-ci il tarixli 14 saylı müraciəti təmin edilsin, 81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının 24 sentyabr 2015-ci il tarixli 12/29 saylı qərarı ləğv edilsin.
2. 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İsayev Anar Rafiq oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 September 2015, 09:0916 December 2022, 08:12
The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva more...
12 April 2021, 21:04
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral more...
11 September 2020, 21:09
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov more...
1 September 2020, 09:09
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov more...
20 August 2020, 21:08
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa more...
1 April 2020, 23:04
The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim more...
25 February 2020, 08:02
The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov more...
4 February 2020, 07:02
The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu more...
24 October 2019, 08:10
The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan more...
24 October 2019, 08:10
The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev more...