Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”ni “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.19-1-ci bənd əlavə edilsin:

“8.19-1. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 sentyabr 2015-ci il.

17 September 2015, 09:09

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...