2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli və həmin protokollar səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 may 2015-ci il tarixli 10/89 və 10/90 saylı qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə və dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma və mətni müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə seçki dairələrinin və seçki məntəqələrinin sayına uyğun olaraq, bir-bir, ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə uyğun olaraq qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir, ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun olaraq, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
2. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 September 2015, 09:096 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...