Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1113-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169,186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059, № 12, maddə 1520; 2014, № 4, maddə 363, № 7, maddələr 808, 809, 814, № 9, maddə 1066, № 11, maddələr 1379, 1425, № 12, maddə 1566) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərə “253-1.3-cü” sözlərindən sonra “(avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə)” sözləri əlavə edilsin.
2. 4.1-ci bəndə “74.1-ci,” sözlərindən sonra “253-1.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sərhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə),” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2015-ci il.
4 June 2015, 09:063 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...