“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən aktı qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah” təsdiq edilsin (əlavə olunur).

2. Bu İzah qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 sentyabr 2010-cu il tarixli 23/97-2 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş İzahın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

27 May 2015, 09:05

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...