Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Seçki Məcəlləsini “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592) 22.4.3-cü maddəsində “vətəndaşlığını itirdikdə” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il

5 May 2015, 09:05

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...