"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarının ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 106
Bakı şəhəri, 14 aprel 2015-ci il
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarının ləğv edilməsi barədə
"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 576; 2003, № 12, II kitab, maddə 742; 2005, № 1, maddə 52, № 2, maddə 129; 2008, № 6, maddə 584) ləğv edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar 2015-ci ilin 1 iyun tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
16 April 2015, 09:04
6 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...