"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 106

Bakı şəhəri, 14 aprel 2015-ci il

"Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarının ləğv edilməsi barədə

  "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 576;  2003, № 12, II kitab, maddə 742; 2005, № 1, maddə 52, № 2, maddə 129; 2008, № 6, maddə 584) ləğv edilsin.

  2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

  3. Bu qərar  2015-ci ilin 1 iyun tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

16 April 2015, 09:04

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...