Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 85
Bakı şəhəri, 19 mart 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilməsi barədə
"Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 970 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264; 2008, № 6, maddələr 582, 584, № 9, maddə 852; 2009, № 5, maddə 388, № 6, maddələr 495, 496, № 7, maddə 609, № 8, maddə 683; 2010, № 6, maddə 566; 2012, №3, maddə 266, № 4, maddə 395, № 6, maddə 639; 2013, № 6, maddə 729) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. "Culfa rayonu" bölməsinin "Yolun adı" sütununun 3-cü hissəsindən "- Nəhəcir - Göynük" sözləri çıxarılsın.
2. "Babək rayonu" bölməsinə aşağıdakı məzmunda 22-ci hissə əlavə edilsin:
222 |
Y-67-12 |
Nəhəcir - Göynük |
3 |
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
16 April 2015, 09:0410 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...