Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 80

Bakı şəhəri, 16 mart 2015-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 910 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 862; 2010, № 11, maddə 1040) ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissənin birinci cümləsində "şərti maliyyə vahidinin üç mislindən" sözləri "dörd manatdan" sözləri ilə, ikinci cümləsində "şərti maliyyə vahidinin qırx mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin üç yüz mislindən" sözləri "qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan" sözləri ilə əvəz edilsin.

2. 13-cü hissənin ikinci cümləsində "İnzibati" sözü "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

16 April 2015, 09:04

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...