“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddə 477, № 9, maddə 1027, № 12, maddə 1577) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 2-ci hissəsindən “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin,” sözləri çıxarılsın.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. “Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli üzrə:
2.1.1. “Rəhbərlik” bölməsinin altıncı sətrindən “Başçının müavini - Aqrar məsələlər şöbəsinin müdiri” sözləri və “1” rəqəmi çıxarılsın, səkkizinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
2.1.2. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi |
|
Şöbə müdirinin müavini |
1 |
Baş məsləhətçi |
3 |
Aparıcı məsləhətçi |
3 |
İstehsal və xidmət sahələri sektoru |
|
Sektor müdiri |
1 |
Baş məsləhətçi |
1 |
|
9”; |
2.1.3. “Aqrar məsələlər şöbəsi” bölməsi ləğv edilsin;
2.2. “Yevlax və Şəki şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli üzrə:
2.2.1. “Rəhbərlik” bölməsinin altıncı sətrindən “Başçının müavini - Aqrar məsələlər şöbəsinin müdiri” sözləri və “1” rəqəmi çıxarılsın, səkkizinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
2.2.2. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi |
|
Şöbə müdirinin müavini |
1 |
Baş məsləhətçi |
3 |
Aparıcı məsləhətçi |
2 |
İstehsal və xidmət sahələri sektoru |
|
Sektor müdiri |
1 |
Aparıcı məsləhətçi |
1 |
|
8”; |
2.2.3. “Aqrar məsələlər şöbəsi” bölməsi ləğv edilsin;
2.3. “Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlinin “Şəhər təsərrüfatı şöbəsi” bölməsinin üçüncü sətrindən “(aqronom)” sözü çıxarılsın;
2.4. “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəli üzrə:
2.4.1. “Rəhbərlik” bölməsinin beşinci sətrindən “Başçının müavini - Aqrar məsələlər şöbəsinin müdiri” sözləri və “1” rəqəmi (hər üç halda) çıxarılsın, yeddinci sətrində “4” və “5” rəqəmləri müvafiq olaraq “3” və “4” rəqəmləri ilə əvəz edilsin;
2.4.2. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsi aşağıdakı redaksiyada verilsin:
“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi |
|||
Şöbə müdirinin müavini |
1 |
1 |
1 |
Baş məsləhətçi |
1 |
3 |
3 |
Böyük məsləhətçi |
2 |
- |
- |
Aparıcı məsləhətçi |
1 |
1 |
1 |
|
5 |
5 |
5” |
2.4.3. “Aqrar məsələlər şöbəsi” bölməsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il.
19 March 2015, 09:036 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...