Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 63

Bakı şəhəri, 13 mart 2015-ci il

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 10.6-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

  Kollegiyanın sədri

 Qurbanlı Mübariz Qəhrəman oğlu -- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

 Kollegiyanın üzvləri:

 Salahlı Səyyad Adil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

 Heydərov Səyavuş Cəmil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 İsmayılov Gündüz Kamil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

 Hüseynov Oqtay Nəsir oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

 Babayev Vüqar Səyyad oğlu -- Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

 Süleymanov Alim Əli oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ümumi şöbəsinin müdiri.

2. "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 oktyabr tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 660) ləğv edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

18 March 2015, 09:03

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...