Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 63
Bakı şəhəri, 13 mart 2015-ci il
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 10.6-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu -- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Salahlı Səyyad Adil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Heydərov Səyavuş Cəmil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
İsmayılov Gündüz Kamil oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Hüseynov Oqtay Nəsir oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Babayev Vüqar Səyyad oğlu -- Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Süleymanov Alim Əli oğlu -- Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ümumi şöbəsinin müdiri.
2. "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 oktyabr tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 660) ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
18 March 2015, 09:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...