Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər Bərdədə geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 14 çoxmənzilli yaşayış binası əsaslı təmir edilmiş, 5 nümunəvi abad məhəllə yaradılmış, 10 park salınmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma və kommunal təminat sistemi yenilənmiş, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, Musiqi-incəsənət və 18 ümumtəhsil məktəbi, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası, 1600 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksləri və digər sosial yönümlü obyektlər inşa edilərək istifadəyə verilmiş, otuz dörd min nəfər əhalinin yaşadığı 25 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 38 km olan kəndlərarası avtomobil yolları yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bərdə şəhərinin mənzil fonduna daxil olan daha 56 çoxmənzilli binanın əsaslı təmirinin və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasının həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3,0 (üç) milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2015-ci il.
16 March 2015, 09:0310 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...