Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 583; 2001, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002, №5, maddə 249, №12, maddə 707; 2003, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005, № 2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, №1, maddə 4, №6, maddə 597, №8, maddə 745, №11, maddə 1053, №12, maddə 1192; 2008, №7, maddə 602, №11, maddə 960; 2009, №7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №12, maddə 1115; 2012, №6, maddələr 500, 513, №7, maddə 652, №9, maddə 841, №12, maddə 1226; 2013, №2, maddə 91, №4, maddə 366; Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 762-IVQD nömrəli və 22 noyabr tarixli 827-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 50.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;”.
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
“58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il.
5 February 2014, 09:02
6 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...