Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 51
Bakı şəhəri, 26 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları"nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 940) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci, 1.26-cı, 1.27-ci, 2.7-ci, 2.24-cü bəndlərdə "5 il" sözləri "4 il" sözləri ilə, 1.3-cü, 1.6-cı, 2.3-cü bəndlərdə "3 il" sözləri "1,5 il" sözləri ilə, 1.4-cü, 1.5-ci, 2.2-ci, 2.4-cü, 2.5-ci bəndlərdə "2 il" sözləri "1,5 il" sözləri ilə, 1.14-cü, 1.15-ci, 1.23-cü, 1.24-cü, 1.25-ci, 2.13-cü, 2.14-cü bəndlərdə "3 il" sözləri "2 il" sözləri ilə, 1.22-ci, 2.19-cu bəndlərdə "2 il" sözləri "1 il" sözləri ilə, 1.32-ci, 1.33-cü, 2.29-cu, 2.30-cu bəndlərdə "3 il" sözləri "1 il" sözləri ilə, 1.34-cü, 2.31-ci bəndlərdə "5 il" sözləri "2 il" sözləri ilə, 1.35-ci, 2.32-ci bəndlərdə "1 ədəd" sözləri "2 ədəd" sözləri ilə, 3.10-cu bənddə "6 il" sözləri "3 il" sözləri ilə əvəz edilsin;
1.2. 1.7-ci, 1.10-cu, 1.11-ci, 1.18-ci, 2.9-cu, 2.10-cu, 2.17-ci, 2.18-ci, 3.3-cü bəndlərdən "(poqonlarla və qol nişanı ilə)" sözləri, 1.8-ci, 1.9-cu, 1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15-ci, 2.6-cı, 2.8-ci, 2.11-ci, 2.12-ci, 2.13-cü, 2.14-cü bəndlərdən "(poqonlarla, qol və yaxa nişanları ilə)" sözləri, 1.16-cı, 2.15-ci və 3.4-cü bəndlərdən "(poqonlarla)" sözləri çıxarılsın;
1.3. cədvəlin sonuna aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:
"Qeyd. Fərqlənmə nişanları ali, baş, orta rəis heyətinə və kiçik heyətə daxil olan vəzifəli şəxslərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 March 2015, 09:0310 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...