Mingəçevir Sənaye Parkının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

 

1. Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılsın.

2. Müəyyən edilsin ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

4.1. Mingəçevir Sənaye Parkının ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. Cəmiyyətə Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

4.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 fevral 2015-ci il.

27 February 2015, 09:02

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...