"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 29

Bakı şəhəri, 5 fevral 2015-ci il

"Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

  "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1030-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 806 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 58; 2009, № 1, maddə 34; 2014, № 10, maddə 1297) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə "müfəttişlərinin" sözü "nəzarəti xidmətinin" sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Dövlət fitosanitar müfəttişlərinin icrası məcburi olan qərarlarının və göstərişlərinin forması, onların tərtib edilməsi və verilməsi Qaydası" üzrə:

2.1. adında, 1-ci, 8-ci, 9-cu hissələrində "müfəttişlərinin" sözü "nəzarəti xidmətinin" sözləri ilə, 7-ci hissəsində "müfəttişləri" sözü "nəzarəti xidməti" sözləri ilə əvəz edilsin;

2.2. 1-5 nömrəli əlavələrin adında "müfəttişlərinin" sözü "nəzarəti xidmətinin" sözləri ilə əvəz edilsin.

3. Həmin qərarla təsdiq edilmiş "Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası"nın 6-cı hissəsində "müfəttişləri" sözü "nəzarəti xidməti" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

19 February 2015, 09:02

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...