Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 25
Bakı şəhəri, 2 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1050-IVQD nömrəli Qanununun tətbiqi və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 340 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1202) ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nın 5.1-ci və 5.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:
"5.1. Siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
5.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
19 February 2015, 09:0210 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...