Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 8.2.4-1-ci və 10.2.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“8.2.4-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;”;
“10.2.2.6-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;”.
2. 10.2.1.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.2.1.8-ci yarımbənd əlavə edilsin:
“10.2.1.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2015-ci il.
12 February 2015, 09:02
6 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...