"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 404
Bakı şəhəri, 26 dekabr 2014-cü il
"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamının 4.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 may tarixli 66 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 440) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 1-ci hissəsində "İnformasiya Texnologiyaları" sözləri "Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" üzrə:
1.2.1. adında və 12-ci hissəsində "İnformasiya Texnologiyaları" sözləri "Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:
"14. "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
14 January 2015, 09:016 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...