2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 108 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüyev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki bülletenlərində onlara aid məlumatların düzgün göstərilmədiyini bildirmiş və Zərdab bələdiyyəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma zamanı 92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasından təqdim edilən arayış əsasında müəyyən olunmuşdur ki, Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər İ.Z.Zülfüyev və Y.T.İsgəndərli barədə seçki bülletenlərindəki məlumatlar namizədliyin irəli sürülməsi mərhələsində həmin şəxslərin müvafiq dairə seçki komissiyasına təqdim etdikləri bildiriş və öhdəlik ərizələrində göstərdikləri kimi bülletenlərə daxil edilmiş, səsvermə günü isə seçki bülletenlərində həmin namizədlərə aid məlumatlarda hər hansı əlavə və düzəliş olunması halları baş verməmişdir.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 92 saylı Zərdab-Ucar seçki dairəsindən Zərdab bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Zülfüyev İbrahim Zülfü oğlu və İsgəndərli Yaşar Talıbxan oğlunun 1 yanvar 2015-ci il tarixli 108 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

5 January 2015, 09:01

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...