2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 69 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmova Tünzalə Ələddin qızı Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin bələdiyyəyə keçirilmiş seçkilərin nəticələrinin ləğv olunmasını tələb etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.

 

Ərizəçi T.Ə.Məhərrəmova səsvermə günü seçki məntəqələrində kifayət qədər səs topladığını, lakin səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunda ona verilmiş səslərin azaldıldığını və bəziseçki məntəqələrində ciddi qanun pozuntularının baş verdiyini iddia etmişdir.

 

Araşdırma prosesində T.Ə.Məhərrəmova Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun təsdiq olunmuş surətini, özünün tərtib etdiyi bir ədəd aktı və imzaladığı bir ədəd kiçik qeydi Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

 

Nizami (Gəncə) bələdiyyəsinə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş protokoldan məlum olur ki, T.Ə.Məhərrəmova həmin bələdiyyə üzrə seçilməli olan namizədlərdən daha az səs toplamışdır.

 

Araşdırma prosesində Nizami (Gəncə) bələdiyyəsini əhatə edən seçki dairələrinin sədrlərinin və katiblərinin, həmin seçki dairələrinə daxil olan bir sıra məntəqə seçki komissiyaları sədrlərinin və katiblərinin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından məlum olur ki, səsvermə günü 37 saylı Nizami birinci (Gəncə) və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində və həmin seçki dairələrinə daxil olan seçki məntəqələrində səsvermə, səsvermənin nəticələrinin hesablanılması Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş, dairə seçki komissiyası tərəfindən protokolların təsdiq olunmuş surətləri namizədlərə və onu almaq hüququ olan digər şəxslərə verilmişdir.

 

Bundan başqa, Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər M.M.Əhmədova, S.M.Kərimov, Q.F.Allahverdiyev və S.M. Aslanov, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə 7, 13, 18  saylı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş F.S.Muradova, S.Abdullayeva, R.D.Bayramova və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə 1, 2, 5, 13 və 21 saylı seçki məntəqələrində müvafiq olaraq müşahidəçi olmuş E.P.Kərimov, Q.Y.Qarayeva, S.Ə.Qasımova, S.Z.Süleymanov, V.Q.Həsənov, E.İ.Abbasov və digərləri izahatlarında bildirmişlər ki, həmin seçki məntəqələrində səsvermə üçün lazımi şərait yaradılmış, seçicilərə heç bir təzyiq olmamış, səsvermə prosesində heç bir qanun pozuntusu baş verməmiş, bülletenlərin sayılması və səslərin hesablanması aşkar qaydada aparılmışdır.

 

Aparılmış araşdırma zamanı 37 saylı Nizami birinci (Gəncə) və 38 saylı Nizami ikinci (Gəncə) seçki dairələrində və həmin seçki dairələrinə daxil olan seçki məntəqələrində səsvermə, səslərin hesablanması zamanı, eləcə də həmin dairə seçki komissiyalarında yekun protokolların tərtib olunması zamanı hər hansı qanun pozuntusunun baş verməsi faktı aşkar edilmədi.

 

Beləliklə, tam, obyektiv və qərəzsiz araşdırma nəticəsində şikayətdə iddia edilən halları təsdiq edən hüquqi əsaslar müəyyən olunmadığı üçün şikayət təmin edilməməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən  qərara alır:

 

1. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə Nizami (Gəncə) bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məhərrəmova Tünzalə Ələddin qızının 27 dekabr 2014-cü il tarixli 69 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

30 December 2014, 09:12

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...