2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 dekabr 2014-cü il tarixli 74 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 14 saylı Xəzər seçki dairəsindən Türkan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Babayev Rövşən Əflat oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində saxtakarlığa yol verilməsini iddia edərək müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və araşdırılmışdır. Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən həmin müraciətə dair müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Müraciətin araşdırılarkən müəyyən olunmuşdur ki, səsvermə günü həmin seçki dairəsi üzrə seçki məntəqələrindən dairə seçki komissiyasına heç bir müraciət və şikayət daxil olmamışdır.
Araşdırma zamanı 14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının sədrinin, həmin seçki dairəsinin 22, 23, 24, 25, 26 və 34 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin, həmçinin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin izahatlarına əsasən səsvermə günü hər hansı qanun pozuntusunun və ya saxtakarlığın edilməsi iddiası öz təsdiqini tapmamışdır.
Belə ki, müşahidəçilər Rzayeva Məqsudə Oqtay qızı, Rəhimov Ramin Rafael oğlu, Əhmədov Elman Məhəmməd oğlu, Məmmədli Jalə Nəsir qızı, Əhmədov Rafiq Yaşar oğlu, həmçinin həmin bələdiyyə üzrə qeydə alınmış və yetərli səs toplamamış namizədlər Quliyev Rövşən Seyman oğlu, Quliyev İlyas Əlmin oğlu, Əliyev Şahin Eyyub oğlu, Əliyev Vüsal Afixan oğlu, Əliyev Akif Abdulla oğlu və Bəhlulov Elxan Oqtay oğlu izahatlarında bildirmişlər ki, səsvermə prosesi seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilmiş və keçirilmişdir. Səslərin hesablanması başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları qanunvericiliyə uyğun tərtib olunmuş, komissiya üzvləri tərəfindən imza edilmiş, protokolun bir nüsxəsi məlumat lövhəsindən asılmış, surətləri səsvermə otağında olan müşahidəçilərə və qeydə alınmış namizədlərə təqdim olunmuşdur.
Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 14 saylı Xəzər seçki dairəsindən Türkan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Babayev Rövşən Əflat oğlunun 28 dekabr 2014-cü il tarixli 74 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 December 2014, 09:1225 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...