2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 57 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 79 saylı İmişli seçki dairəsi üzrə İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qubadov Elşad Abbas oğlu 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi üzrə 6 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirmiş, səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Qeydə alınmış namizəd E.A.Qubadovun şikayəti qismən təmin edilməli, mübahisələndirdiyi seçki məntəqəsində səslərin təkrar hesablanması və iddia olunan qanun pozuntularının araşdırılması üçün müraciət aidiyyəti üzrə 79 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən   qərara alır :

 

 1. 79 saylı İmişli seçki dairəsi üzrə İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qubadov Elşad Abbas oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 dekabr 2014-cü il tarixli 57 saylı şikayəti qismən təmin edilsin, müraciət səslərin təkrar hesablanması və qanun pozuntularının araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

29 December 2014, 09:12

http://www.azertag.net

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...