"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 389

Bakı şəhəri, 10 dekabr 2014-cü il

"Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

  "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 avqust tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1011) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nə aşağıdakı redaksiyada 2.12-ci bənd əlavə edilsin:

"2.12. Meliorasiya və su təsərrüfatı müəssisələrinin müxtəlif sistemli və müxtəlif güclü nasos qurğularına xidmət göstərən yüksəkixtisaslı maşinistlərin tarif maaşlarına nasos qurğusunun saatlıq suötürmə gücündən asılı olaraq, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə aşağıdakı məbləğlərdə əmsallar tətbiq edilir:

2.12.1. 9000-dən 11000 kub metrə qədər su ötürüldükdə - 1,05;

2.12.2. 11000-dən 13000 kub metrə qədər su ötürüldükdə- 1,10;

2.12.3. 13000-dən 15000 kub metrə qədər su ötürüldükdə- 1,15;

2.12.4. 15000-dən 17000 kub metrə qədər su ötürüldükdə- 1,20;

2.12.5. 17000-dən 19000 kub metrə qədər su ötürüldükdə- 1,25;

2.12.6. 19000 kub metrdən yuxarı su ötürüldükdə- 1,30." .

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

15 December 2014, 09:12

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...