“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.4-cü maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin;
2. 8.3-cü maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
3. 9.3.8-ci maddədə “məsələləri” sözü “tənzimlənmə məsələləri” sözləri ilə əvəz edilsin;
4. 15-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin;
5. 25.1-ci maddənin birinci və ikinci cümlələrində və 25.2-ci maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin;
6. 26.4-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
7. 26.6-cı maddədə “qanunvericiliyi” sözü “Mülki Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;
8. 27.1-ci maddədə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;
9. 28-ci maddədə “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;
10. 30.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
2 December 2014, 09:126 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...