Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 8

Bakı şəhəri, 15 yanvar 2014-cü il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

1.1. "Azərbaycan Respublikası Dövlət feldyeger xidməti haqqında Əsasnamənin təsdiqi haqqında" 1992-ci il 30 aprel tarixli 238 nömrəli qərarı;

1.2. "Azərbaycan Respublikası "Radionaviqasiya" Şurasının yaradılması haqqında" 1994-cü il 4 iyul tarixli 255 nömrəli qərarı.

2. "Xəzər Dəniz Gəmiçiliyi Nizamnaməsinin təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 oktyabr tarixli 533 nömrəli qərarının birinci cümləsi ləğv edilsin.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

30 January 2014, 09:01

http://cabmin.gov.az/

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...