Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 8
Bakı şəhəri, 15 yanvar 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:
1.1. "Azərbaycan Respublikası Dövlət feldyeger xidməti haqqında Əsasnamənin təsdiqi haqqında" 1992-ci il 30 aprel tarixli 238 nömrəli qərarı;
1.2. "Azərbaycan Respublikası "Radionaviqasiya" Şurasının yaradılması haqqında" 1994-cü il 4 iyul tarixli 255 nömrəli qərarı.
2. "Xəzər Dəniz Gəmiçiliyi Nizamnaməsinin təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 oktyabr tarixli 533 nömrəli qərarının birinci cümləsi ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
30 January 2014, 09:01
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...