“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710; 2001, № 9, maddə 576, № 11, maddə 675; 2003, № 1, maddə 16; 2005, № 4, maddə 278, № 8, maddə 684, № 10, maddə 908; 2007, № 11, maddələr 1049, 1053; 2008, № 8, maddə 699; 2009, № 7, maddə 517, № 8, maddə 611; 2010, № 4, maddə 265; 2013, № 3, maddə 216; 2014, № 2, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:

1.24-1-ci maddə üzrə:

1.1. 24-1.1-ci maddədə “ona” sözündən sonra “Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən” sözləri əlavə edilsin;

1.2. 24-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“24-1.5. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.”.

2.Aşağıdakı məzmunda 24-2-ci maddə əlavə edilsin:

“Maddə 24-2. Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi

24-2.1. Qeyri-hökumət təşkilatı tərəfindən bu Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

24-2.2. Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

17 November 2014, 09:11

http://www.azertag.net

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...