“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1074-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
2014-cü il 17 oktyabr tarixli 1074-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakışəhəri, 14 noyabr 2014-cü il.
17 November 2014, 09:11
28 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...