Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Sizi – Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.

Tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir.

Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir.

 

Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2014-cü il. 

17 November 2014, 09:11

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...