“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin icrası ilə əlaqədar qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646, №10, maddə 947, №12, maddələr 1216, 1227, 1229; 2013, №3, maddə 213, №5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddə 1485; 2014, №1, maddə 6, №5, maddə 468, №6, maddələr 603, 605, №7, maddələr 774, 780) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.7-ci maddə ləğv edilsin.
2. 16.1.6-cı və 16.1.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:
16.1.6. birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün
16.1.7. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün
50 ABŞ dolları
350 ABŞ dolları
3. 16.1.8-ci maddədə “Turistlərin (yalnız turist vauçeri və ya turist göndərişini təqdim edənlərə şamil olunur)” sözləri “Turizm vizalarının” sözləri ilə əvəz edilsin.
4. 16.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
16.1.9. tranzit vizalarının rəsmiləşdirilməsi üçün:
16.1.9.1. birdəfəlik tranzit vizası
16.1.9.2. ikidəfəlik tranzit vizası
20 ABŞ dolları
40 ABŞ dolları
5. 17.3-cü maddədən “və ya onun etibar müddətinin artırılmasına” sözləri çıxarılsın.
6. Aşağıdakı məzmunda 19.4-cü maddə əlavə edilsin:
“19.4. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
5 November 2014, 10:116 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...