“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3, maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647; 2013, № 5, maddə 465, № 6, maddə 619, № 7, maddə 793; 2014, № 4, maddə 323) aşağıdakı dəyişikliklər edilsin:
1.Adında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.
2.Preambuladan “, xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi qaydaları” sözləri çıxarılsın.
3.1-ci, 2-ci, 11-ci-15-ci maddələr ləğv edilsin.
4.9-cu maddənin ikinci hissəsində “Bu Qanunun 1-ci maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndlərində, ikinci hissəsində nəzərdə tutulmuş hallarda” sözləri “Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda” sözləri ilə əvəz edilsin.
5.16-cı maddədən “, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin bu Qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il.
5 November 2014, 09:11
28 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...