“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 235, 237, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 6, maddə 396, № 10, maddələr 761, 779; 2007, № 5, maddə 442, № 10, maddə 938; 2008, № 8, maddə 695; 2009, № 6, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin ikinci hissəsinin 1-ci bəndinə və 7-ci maddənin ikinci hissəsinin 6-cı bəndinə “qurumlarının” sözündən sonra “, habelə onların” sözləri əlavə edilsin.
2. 25-ci maddə üzrə:
2.1. üçüncü hissədə “qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı hüquqlara malikdirlər” sözləri “qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir” sözləri ilə əvəz edilsin;
2.2. dördüncü hissədə “qurumunun vəzifəli şəxsləri” sözləri “qurumu” sözü ilə, “malikdirlər” sözü “malikdir” sözü ilə əvəz edilsin;
2.3. beşinci hissəyə “qurumunun” sözündən sonra “, habelə onların” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2014-cü il.
5 November 2014, 09:116 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...