“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950) aşağıdakı dəyişikliklər edilsin:

1. 48-ci maddə üzrə:

1.1. 48.1.10-cu maddəyə “bu Qanunla” sözlərindən əvvəl “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və” sözləri əlavə edilsin;

1.2. 48.1.12-ci maddədən “, onların pozulması halları aşkar edildikdə həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilir” sözləri çıxarılsın;

1.3. 48.2-ci maddədə “və nəzarəti” sözləri çıxarılsın, “və nəzarətlə” sözləri “ilə” sözü ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 48.3-cü maddə əlavə edilsin:

“48.3. Nəzarət orqanı, onun vəzifəli şəxsi, əməkdaşı apardığı yoxlama çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunun tələblərini pozduğuna, habelə vəzifə borclarını yerinə yetirmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına və sahibkara vurduğu zərərə görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.

2. 49-cu maddə üzrə:

2.1. 49.2─49.5-ci maddələr ləğv edilsin;

2.2. 49.8-ci və 49.9-cu maddələr aşağıdakı redaksiyada verilsin:

“49.8. Yoxlayıcı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əldə olunması məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etməlidir.

49.9. Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılır.”.

3. 50.1-ci maddədə “məhkəməyə” sözü “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.

4. 51-ci maddə üzrə:

4.1. maddənin adında “fəaliyyətinə nəzarətin” sözləri “fəaliyyətinin dövlət tənzimlənməsi və nəzarətinin” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 51.3-cü maddə əlavə edilsin:

“51.3. Yoxlamaların aparılması nəzarət orqanının vəsaiti hesabına maliyyələşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

5 November 2014, 09:11

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...