2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1.2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Əsədli Samir Şakir oğlu

Quliyeva Şəfəq Adil qızı

Şəfiyev Şəfi Əyyub oğlu

Qurbanova Aygün Fuad qızı

Almuradlı Rövşən Əziz oğlu

Cəfərli Real Əliqulu oğlu

İbrahimov İbadulla Yədulla oğlu.

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Ələkbərov Felmar Əli oğlu.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

28 October 2014, 09:10

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...