"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 312

Bakı şəhəri, 26 sentyabr 2014-cü il

"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında"   Azərbaycan   Respublikası   Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 52; 2008, № 5, maddə 436) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissədə "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.

2.  Həmin qərarla təsdiq edilmiş "Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları" üzrə:

2.1. adında "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin;

2.2. 1.2-ci bənddə "ümumrespublika" sözü  "ölkə" sözü ilə əvəz edilsin;

2.3. 1 nömrəli cədvəlin 1-ci hissəsinin "Tədbirlər" sütununda "Respublika" sözü "ölkə" sözü ilə, "respublikadaxili" sözü "ölkədaxili" sözü ilə əvəz edilsin;

2.4. 2 nömrəli cədvəlin "Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı (manatla)" sütununda "RK" akronimi "ÖK" akronimi ilə əvəz edilsin və "Akronimlər" hissəsində "RK - Respublika kateqoriyalı" sözləri "ÖK - Ölkə kateqoriyalı" sözləri ilə əvəz edilsin;

2.5. 3 nömrəli cədvəlin 1-ci hissəsinin "İdman tədbirlərinin adı" sütununda və 4 nömrəli cədvəlin 2-ci hissəsinin "İdman tədbirlərinin miqyası" sütununda "Ümumrespublika" sözü "Ölkə" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

30 September 2014, 09:09

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...