“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №10, maddə 569; 2001, №12, maddə 736; 2005, № 8, maddə 692; 2006, №11, maddə 928; 2007, №6, maddə 560; 2008, №8, maddə 695, №11, maddə 960; 2009, №12, maddə 966; 2013, №4, maddə 357) aşağıdakı dəyişiklik edilsin:
1. 6-cı maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.”;
2. 7-ci maddənin birinci hissəsinin “a” və “b” bəndlərinin birinci yarımbəndlərindən müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
21 January 2014, 09:0110 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...