“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, ”İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №7, maddə 572; 2011, №12 maddə 1089; Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 805-IVQD nömləri Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.6-cı maddəyə “şikayət” sözündən əvvəl “sığorta nəzarəti orqanına və məhkəməyə” sözləri əlavə edilsin;

2. 9.1.2-ci maddədə “qanunvericiliyə uyğun olaraq” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin;

3. 10.0.1-ci maddədə “qanunvericiliklə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin;

4. 11.4-cü maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla” sözləri ilə əvəz edilsin;

5. 11.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“11.9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir.”;

6. 16.1-ci maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

7. 17.3-cü maddədə “lazımi sənədləri” sözləri “arayışı sığortalıdan” sözləri ilə, “lazım olan” sözləri “müvafiq” sözü ilə əvəz edilsin;

8. 17.6-cı maddə çıxarılsın;

9. aşağıdakı məzmunda 18.12-ci maddə əlavə edilsin:

“18.12. Sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişinin həyata keçirilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda mümkün olmadıqda, İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilir.”;

10. 21-ci maddə üzrə:

10.1. 21.1-ci maddədən “Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq” sözləri çıxarılsın;

10.2. 21.2-ci maddədən “qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

21 January 2014, 09:01

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...