Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tətbiqi iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları ləğv edilsin:

1. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 iyun tarixli 467 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №1, maddə 20; 2008, №3, maddə 168, № 8, maddə 713).

2.“İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №3, maddə 166; 2008, №3, maddə 168, №8, maddə 713; 2009, № 7, maddə 532).

3.“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 29; 2004, № 1, maddə 19; 2008, № 3, maddə 168, № 6, maddə 482, № 9, maddə 798; 2009, № 7, maddə 532; 2011, № 6, maddə 507).

4.“Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 493; 2008, № 3, maddə 168; 2009, № 1, maddə 11, № 5, maddə 331, № 7, maddə 532, № 12, maddə 993; 2010, № 9, maddə 770).

5.“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 92; 2008, № 3, maddə 168).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il.

 

12 September 2014, 09:09

http://www.azertag.net

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...