15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının SPESİFİKASİYASI
Əlavə II
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 9 sentyabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir
15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron daşıyıcısı (çipi) olan fərdi identifikasiya kartı (bundan sonra - identifikasiya kartı) beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.
İdentifikasiya kartının elektron daşıyıcısı məlumatların yazılmasını, dəyişdirilməsini və oxunmasını təmin edir.
İdentifikasiya kartında ölkənin kodu - “AZE” hərfləri yazılmış holoqramdan və digər qoruyucu elementlərdən istifadə olunur.
İdentifikasiya kartının qalınlığı 0,76 mm-dir, küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilir.
İdentifikasiya kartında yerləşdirilmiş kontaktlı elektron daşıyıcının yaddaşı azı 80 kilobayt olmalıdır.
Elektron daşıyıcıdakı məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.
11 September 2014, 09:09
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...