"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 289
Bakı şəhəri, 25 avqust 2014-cü il
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 553; 2010, № 5, maddə 464; 2011, № 6, maddə 572) 2-ci hissəsi yeni redaksiyada verilsin:
"2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri |
|
Mehdiyev Elman Lütvü oğlu |
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri
|
Kollegiyanın üzvləri: |
|
Babayev Zakir Hadı oğlu |
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini |
Hüseynov Rasim Vaqif oğlu |
- Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri |
Rzayev Elxan Əkrəm oğlu |
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının daxili audit şöbəsinin müdiri |
Atayeva Aynur Əliabbas qızı |
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının hüquq və strateji araşdırmalar şöbəsinin müdiri |
Pənahova Nigar Şahin qızı |
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri.". |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
29 August 2014, 09:08
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...