"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 274
Bakı şəhəri, 13 avqust 2014-cü il
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 15-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Cabbarov Mikayıl Çingiz oğlu - Azərbaycan Respublikasının təhsil naziri
Kollegiyanın üzvləri:
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Nağıyev Piri Abbas oğlu - Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Eynullayev Mətin Balasən oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
22 August 2014, 10:08
6 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...