"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 274

Bakı şəhəri, 13 avqust 2014-cü il

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 15-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

 Kollegiyanın sədri

 Cabbarov Mikayıl Çingiz oğlu  - Azərbaycan Respublikasının təhsil naziri

 Kollegiyanın üzvləri:

 Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

 Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

 Nağıyev Piri Abbas oğlu - Naxçıvan Muxtar Respublikasının təhsil naziri

 Eynullayev Mətin Balasən oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi  Aparatının rəhbəri.".

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

22 August 2014, 10:08

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...